Çərşənbə, 28 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 22:31
Braziliyada prezident seçkilərində məğlub olan senator Flaviu Bolsonaro ölkəni tərk etməsinə dair məhkəmə qadağasına baxmayaraq, ABŞ-a gedib.
“CNN Brasil” telekanalının məlumatına görə, bu barədə siyasətçinin yaxın ətrafındakı mənbələr məlumat veriblər.
Bildirilib ki, Braziliyanın sabiq Prezidenti Jair Bolsonaronun oğlu Flaviu Bolsonaro ailə üzvləri ilə birlikdə ABŞ-a yollanıb.
Məlumata əsasən, onun ölkəni tərk etməsi məhkəmə orqanlarının tətbiq etdiyi xaricə çıxış qadağasına ziddir.
Braziliya Flaviu Bolsonaro Jair Bolsonaro ABŞ prezident seçkiləri CNN məhkəmə qadağası
Mənbə: apa.az