Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb

Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb

Tarix: 17 Sep 2026 16:44

Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İrandan gizli şəkildə Yəməndəki Husiləri dayandırmağa kömək etməsini istəyib.

Bu barədə “Reuters”ə məsələdən məlumatlı üç iranlı mənbə bildirib.

Mənbələrin sözlərinə görə, Husilər Qırmızı dəniz sahili və Bab əl-Məndəb boğazı ətrafında sürətli irəliləyişlər etdikdən sonra Ər-Riyad kömək üçün Çinə müraciət edib.

Qeyd edək ki, Husilərin Səudiyyə Ərəbistanı ərazisində yerləşən enerji infrastrukturuna hücumları davam edir. Hücumlar nəticəsində Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəməri fəaliyyətini dayandırıb.

Toğrul Quluzadə Səudiyyə Ərəbistanı Yəmən Çin husilər

Mənbə: apa.az

Xəbər Lenti