Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

Tarix: 17 Sep 2026 18:24

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Limanında 5,5 milyon tondan çox yük aşırılıb.

"APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 faiz çoxdur.

Analoji dövrdə 85 min TEU-dan çox konteyner aşırılıb ki, bu da ötən ilin 8 ayının göstəricisini (69 855 TEU) 22 faiz üstələyib.

2026-cı ilin avqust ayında isə bu göstərici 12,9 min TEU (ötən ilin avqustu ilə müqayisədə 39 faiz çox) təşkil edib.

İlahə Səlimova Bakı Limanı yük TEU

Mənbə: apa.az

Xəbər Lenti