Cümə, 18 Sentyabr, 2026
Tarix: 18 Sep 2026 11:07
Çindən alınan yeni lokomotivlər ümumilikdə Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımalarında istifadə olunacaq.
"APA-Economics" xəbər verir ki, bunu ADY-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz üzrə yükdaşımalara tələbat artır və xüsusən Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayı çoxalır.
"Bu artıq Azərbaycan Dəmir Yollarını müasir çağırışlara uyğun olaraq lokomotiv parkını zənginləşdirməyə, genişləndirməyə, yeniləməyə sövq edir", - Bəxtiyar Hacıyev qeyd edib.
Onun sözlərinə görə, yeni lokomotivlərin alışı yalnız ADY-nin lokomotiv parkının yenilənməsi kimi değil, hem de ümumilikdə Azərbaycandan keçən dəhlizlər üzrə, həmin dəhlizlər üzrə tranzit yüklərin daşınmasına artan tələbata bir cavab olaraq qiymətləndirmək lazımdır: "Çünki müasir qatarlar qeyd etdiyim kimi daha ağır tonnajlı yüklərin daşınmasına imkan verir və yeni texnologiya həm də ona imkan verir ki, artıq bu iki lokomotiv ardıcıl, ard-arda qoşularaq bir lokomotivin daşıdığından iki qat artıq, bu iki lokomotivin vahid bir briqada tərəfindən idarə olunması sayəsində iki qat artıq yükləri daha uzun məsafələrə daşımaq mümkün olsun".
Emil İsmayılov ADY lokomotiv Orta DəhlizMənbə: apa.az