Səudiyyə Ərəbistanı Ər-Riyada atılan ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı Ər-Riyada atılan ballistik raketi zərərsizləşdirib

Tarix: 20 Sep 2026 04:50

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Ər-Riyada atdığı ballistik raketi zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki bildirib.

Onun sözlərinə görə, husilər sentyabrın 19-u səhər saatlarında Ər-Riyad istiqamətində ballistik raket buraxıblar. Raket Səudiyyə Ərəbistanının HHM qüvvələri tərəfindən paytaxta çatmadan aşkarlanaraq məhv edilib.

Turki əl-Maliki husilərin paytaxtdakı mülki obyektlərə hücum cəhdlərini intensivləşdirdiyini bildirib. Koalisiyanın məlumatına görə, husilərin Beyş, Taif, Fərasan və Yanbudakı obyektlərə hücum cəhdlərinin də qarşısı alınıb.

Səudiyyə Ərəbistanı husilər Ər-Riyad ballistik raket

Mənbə: apa.az

Xəbər Lenti