Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO

Tarix: 22 Sep 2026 17:52

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Xocavənd rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan, Türkiyə və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edənlər bu cür təlimlərin ölkələrimizin orduları arasında əməkdaşlığın genişləndirilməsi, bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, şəxsi heyət arasında dostluq əlaqələrinin gücləndirilməsi və tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın təmin edilməsi baxımından vacibliyini vurğulayıb, təlim iştirakçılarına uğurlar arzulayıblar.

Sonra təlimdə iştirak edən hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı tərəfindən konsert proqramı təqdim edilib.

Xocavənd “Birliyin Gücü - 2026" Azərbaycan Türkiyə Özbəkistan hərbçilərin birgə təlimi

Mənbə: apa.az

Xəbər Lenti