Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 22 Sep 2026 19:48
ABŞ tərəfindən İran İslam Respublikasının aviasiya sektoruna tətbiq edilmiş sanksiyalarla əlaqədar Azərbaycan Respublikasına uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri 2026-cı il 22 sentyabr tarixindən etibarən dayandırılıb.
Bu barədə APA-ya Rəqəmsal İnkişafı və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən məlumat verilib.
Mövcud məhdudiyyətlərlə əlaqədar müvafiq aviaşirkətlərə və biletlərin əldə edildiyi satış məntəqələrinə müraciət edilməsi tövsiyə olunur.
Mənbə: apa.az