“Bitcoin”in qiyməti 86 min dolları keçib

“Bitcoin”in qiyməti 86 min dolları keçib

Tarix: 23 Sep 2026 08:34

Kriptovalyuta bazarında əsas aktivlərin əksəriyyətində bahalaşma müşahidə olunur.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 1,41% artaraq 86864,56 ABŞ dollarına yüksəlib.

“Ethereum”un qiyməti 1,40% bahalaşaraq 2778,44 dollara, BNB 0,78% artaraq 795,20 dollara, “Solana” isə 2,02% yüksələrək 119,25 dollara çatıb.

Daha yüksək artım “Bitcoin Cash”də qeydə alınıb. Belə ki, bu kriptovalyutanın qiyməti son sutkada 27,50% artaraq 338,93 dollara yüksəlib. “Zcash” isə 10,32% bahalaşaraq 1603,57 dollara çatıb.

“Monero”nun qiyməti 0,48% azalaraq 570,70 dollar olsa da, son 7 gündə 12,39%, son 30 gündə isə 36,64% artım göstərib.

“CoinMarketCap 20” indeksi son 24 saatda 1,63% yüksələrək 180,65 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,74 trln. dollara yaxınlaşıb.

Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında artım investorların riskli aktivlərə marağının yüksəlməsi, qlobal maliyyə bazarlarındakı müsbət dinamika və rəqəmsal aktivlərə tələbin artması ilə əlaqəlidir. Bununla belə, bazarda volatilliyin yüksək olaraq qaldığı qeyd olunur.

Rahim Tarıverdiyev Kriptovalyuta btc Bitcoin

Mənbə: apa.az

Xəbər Lenti