Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 09:28
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın 2026-2027-ci illər üzrə əsas makroiqtisadi göstəricilərinə dair proqnozlarını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, AİB Azərbaycanın ÜDM artımının 2026-cı ildə 1,6%, 2027-ci ildə isə 1,8% təşkil edəcəyini gözləyir.
Bank 2026-cı il üzrə iqtisadi artım proqnozunu əvvəlki 2%-dən 1,6%-ə endirib. AİB bunu əsasən neft sektorunda hasilatın azalması ilə əlaqələndirib.
Hesabatda qeyd olunur ki, neft sektorundakı zəiflik iqtisadi artım tempinə təsir etsə də, qeyri-neft sektorunda fəaliyyət davamlı olaraq qalır.”
AİB-nin qiymətləndirməsinə görə, Azərbaycanda orta illik inflyasiyanın 2026-cı ildə 5,9%, 2027-ci ildə isə 5% olacağı proqnozlaşdırılır.
Bank inflyasiya gözləntilərinə karbohidrogen qiymətlərinin daxili qiymətlərə ötürülməsi və inzibati tarif dəyişikliklərinin təsir etdiyini qeyd edib.
Rahim Tarıverdiyev AİB ADB Azərbaycan iqtisadi artım inflyasiya bank
Mənbə: apa.az