Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 19:59
İran Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi ilə keçirilən görüşdə şərtlərin ABŞ-a çatdırılması barədə razılığa gəlib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsin Rzayi İran dövlət televiziyasına müsahibəsində deyib.
Rzayi deyib ki, yeni müzakirə və ya yeni şərt irəli sürülməyib, sadəcə İranın şərtləri qarşı tərəfə çatdırılacaq:
“Şərtlərimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq və biz danışıqlar aparmayacağıq. Niyə bu mərhələyə keçdiyimiz aydındır. Çünki amerikalılara etibar etmək olmaz. Biz yeni diplomatiya axtarırıq. İranın şərtlərini yerinə yetirməlidirlər, əks halda Hörmüz boğazı açılmayacaq. Mən əvvəllər də demişəm ki, boğazların bağlanmasına səbəb olan tərəf amerikalılardır. Yəmənlilər müstəqildirlər və biz Səudiyyə Ərəbistanı ilə Yəmən arasında müharibə olmasını istəmirik. Biz müharibə tərəfdarı deyilik.”
Rzayi vurğulayıb ki, Hörmüz boğazı açılmamışdan əvvəl İranın şərtləri yerinə yetirilməlidir: “Onlar etimad yaratmalıdırlar”.
Haşim RahimiMənbə: apa.az