Əhmədlidə ərzaq köşkündə yanğın baş verib, ölən var - YENİLƏNİB

Əhmədlidə ərzaq köşkündə yanğın baş verib, ölən var - YENİLƏNİB

Tarix: 03 Oct 2026 11:32

Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, köşkün gözətçisi olan A. Əliyev ürək tutması nəticəsində yanan peçin üzərinə yıxılıb. Köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***

10.22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.

Köşk yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Emin Şirvanzadə Əhmədli ərzaq köşkü yanğın ölüm faktı

Mənbə: apa.az

Xəbər Lenti