Şənbə, 3 Oktyabr, 2026
Tarix: 03 Oct 2026 20:27
Oktyabrın 3-də saat 18:00 radələrində bir qadın və bir kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA-nın yerki bürosunun məlumatına görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müvafiq şöbədə müalicəsi davam etdirilir. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
*** 19:13
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. 1998-ci il təvəllüdlü T.Əliyev və onun bacısı 1996-cı il təvəllüdlü Ə.Əliyeva əl və üz nahiyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
İlkin məlumata görə, onlar kimyəvi maddədən yanıq xəsarətləri alıblar, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Gəncə yanıq xəsarət
Mənbə: apa.az