Şənbə, 3 Oktyabr, 2026
Tarix: 03 Oct 2026 14:44
Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşların və diplomatların Kiyevi tərk etməsini tövsiyə edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələri kütləvi cavab zərbələri endirməyə davam edəcək. Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın əməkdaşları da daxil olmaqla, xarici vətəndaşlara Ukraynada qalmamaq və ya onun ərazisinə səyahət etməmək barədə xəbərdarlıq edir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Fərid Əkbərov Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşlar diplomatlar Kiyev
Mənbə: apa.az