Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO

Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO

Tarix: 09 Oct 2026 17:28

Şəkidə iki avtomobil toqquşub, qəzadan sonra avtomobillərdən biri yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Küdürlü kəndində qeydə alınıb. “QAZ-24” və “Ford” markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra “QAZ-24”də yanğın başlayıb. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Yanğın Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı 1 nəfər - “Ford”da olan sərnişin yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov Şəki avtomobil qəza yanğın
Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO
Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO
Şəkidə iki maşın toqquşub, avtomobillərdən biri yanıb - FOTO

Mənbə: apa.az

Xəbər Lenti