Böyük Britaniya və Ukrayna zərbə dronlarının istehsalı ilə bağlı saziş imzalayıb

Böyük Britaniya və Ukrayna zərbə dronlarının istehsalı ilə bağlı saziş imzalayıb

Tarix: 25 Nov 2026 02:55

Böyük Britaniya və Ukrayna Ukrayna istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının (PUA) Britaniya ərazisində istehsalına dair saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Razılaşma Britaniyanın müdafiə naziri Ues Stritinqin Ukraynaya səfəri zamanı əldə olunub.

Saziş Ukraynaya Böyük Britaniyada zərbə dronları istehsal edən zavodlar açmağa imkan verəcək.

Səfər çərçivəsində Xarkov şəhərinə də gedən Stritinq oradakı hərbçilərlə görüşüb.

Qeyd edək ki, o, döyüş bölgəsinə bu qədər yaxın əraziyə səfər edən ilk Britaniya müdafiə naziri olub.

dron Ukrayna Britaniya

Mənbə: apa.az

Xəbər Lenti