Sabah Bakıda AQEM-in VII sammitində qəbul ediləcək sənəd layihələri üzrə razılıq əldə olunub

Sabah Bakıda AQEM-in VII sammitində qəbul ediləcək sənəd layihələri üzrə razılıq əldə olunub

Tarix: 14 Oct 2026 17:16

14 oktyabr tarixində Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib. XİN-dən APA-ya verilən xəbərə görə, iclasda 15 oktyabr tarixində Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib. AQEM çərçivəsində Azərbaycan Respublikasının son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri, habelə Müşavirənin təşkilati məsələlərinə həsr edilmiş sənəd layihələri üzrə razılıq əldə olunub, layihələrin Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.

Mənbə: apa.az

Xəbər Lenti