- Çərşənbə, 1 Yanvar, 2025
Tarix: 02.07.2024 23:20
Lənkəran rayonu ərazisində velosipedçinin vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili Lənkəran rayon sakini 1991-ci il təvəllüdlü Alim Cəlal oğlu Şahmarovu vurub.
A.Şahmarov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona belin küt travması, dəqiqləşdirilməmiş kəllə-beyin travması və başın ənsə nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar.
Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reansimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin müalicəsi reansimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.