Katz: Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək

Katz: Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək

Tarix: 20 Oct 2026 18:10

Hizbullah bütün Livan ərazisində tərksilah olunmayana qədər, İsrail ordusu Livanda qalacaq.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri Israel Katz “X” hesabında yazıb.

Onun sözlərinə görə, Livanda Hizbullah postu kimi fəaliyyət göstərən 23 000 ev dağıdılıb.

O, İsrailə qarşı hər bir PUA hücumunun cavabının Beyrutun Dahiyə bölgəsinin hədəfə alınması ilə veriləcəyini vurğulayıb.

“Hizbullah İranın İsrailə hücumuna qoşulsa, ona ağır zərbə endiriləcək. İsrail ordusu Nəbatiyə və Litani bölgələrində yeni ərazilərə doğru manevrlər etməyə hazırdır”,- Katz qeyd edib.

Toğrul Quluzadə İsrail Livan Katz

Mənbə: apa.az

Xəbər Lenti