Şənbə, 17 Yanvar, 2026
Tarix: 05 Jul 2024 23:18
Babək rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, qəza zamanı Ordubad rayon Tivi kənd sakini, 1984-cü il təvəllüdlü Qurbanov Sahil Ziyadxan oğlu xəsarət alıb.
O. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Onun hər iki baldır sümüyü sınıb.
Faktla bağlı araşdırma aparılır.