Şənbə, 17 Yanvar, 2026
Tarix: 06 Jul 2024 11:17
Bakıda 43 yaşlı kişi öz evinin talvarından yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə Xətai rayonu, General Şıxlınski küçəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Qaraşov Teymur Vaqif oğlu yaşadığı mənzilin damında talvar vurarkən öz ehtiyatsızlığı səbəbindən yıxılaraq ölüb.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.