Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 08:38
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda Tehranla danışıqlar aparmadığını bildirib.
APA xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Xeyr, düşünürəm ki, biz İranla danışıqlar aparmırıq. Hər halda, yaxın vaxtlarda müəyyən hadisələr baş verəcək”, – ABŞ Prezidenti qeyd edib.
Tramp mümkün hadisələrin vaxtı ilə bağlı da danışıb.
“Əksəriyyət bunun seçkilərdən sonra baş verəcəyini düşünür. Görək nə olacaq”, – o əlavə edib.
ABŞ Prezidenti hansı hadisələri nəzərdə tutduğunu və onların mümkün xarakterini açıqlamayıb.
ABŞ Donald Tramp İran Tehran Vaşinqton danışıqlar Ağ Ev Yaxın Şərq
Mənbə: apa.az