Cümə axşamı, 22 Oktyabr, 2026
Tarix: 22 Oct 2026 10:43
“PAŞA Sığorta” sentyabr ayı ərzində müştərilərinin əmlakına dəymiş yüzlərlə zərərin qarşılanması üçün 157.008 manat sığorta ödənişi həyata keçirib. Ödənişlər arasında yük avtomobilinin daşınmaz əmlaka vurduğu 17.170 manatlıq zərər və yağıntı nəticəsində yaranan 16.512 manatlıq zərər də yer alıb. Bu rəqəmlər gözlənilməz hadisələrin yaratdığı maliyyə yükünün azaldılmasında əmlak sığortasının rolunu bir daha göstərir.
Hadisələrdən birində hərəkətdə olan yük avtomobili kommersiya obyektinin jalüzünə zərər vurub. Nəticədə yaranan 17.170 manatlıq zərər sığorta çərçivəsində qarşılanıb, zədələnmiş əmlak bərpa edilərək sahibinə təhvil verilib.
Digər hadisədə isə yağan yağış nəticəsində əmlaka 16.512 manat məbləğində zərər dəyib. Bu hadisə də sentyabr ayında “PAŞA Sığorta” tərəfindən ödəniş edilən sığorta hadisələri sırasına daxil olub.
Gündəlik həyatda hər ay minlərlə baş verən qəza və təbiət hadisələri əmlak sahibləri üçün gözlənilməz xərclər yaradır. Əmlak sığortası belə hallarda maliyyə itkilərinin qarşılanmasına dəstək göstərir. “PAŞA Sığorta” isə sığorta öhdəliklərini yerinə yetirməklə müştərilərinin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına və əmlaklarının bərpasına töhfə verir.
APA-Economics PAŞA SığortaMənbə: apa.az