Tramp Atlantik okeanının adını dəyişmək istəyib, “Google” rəhbəri razılaşmayıb

Tramp Atlantik okeanının adını dəyişmək istəyib, “Google” rəhbəri razılaşmayıb

Tarix: 22 Oct 2026 07:52

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adının “Tramp okeanı” olaraq dəyişdirilməsi ideyasını irəli sürdüyünü, lakin “Google” şirkətinin rəhbəri Sundar Piçainin bu təklifi qəbul etmədiyini bildirib.

APA xəbər verir ki, Tramp bu barədə Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti öz adının böyük çay və ya okeana verilməsi ideyasını nəzərdən keçirdiyini deyib.

Onun sözlərinə görə, Atlantik okeanının adının dəyişdirilməsi ilə bağlı “Google” rəhbəri Sundar Piçai ilə danışıb.

“Mən Sundara dedim ki, Atlantik okeanı barədə düşünürəm. Bunun öhdəsindən gələ bilərsinizmi? O isə cavab verdi ki, xeyr, bu dəfə bunu etməyəcəyik. Çünki məsələ çox sayda ölkəni əhatə edir”, – Tramp bildirib.

ABŞ lideri bu cavabdan sonra ideyadan imtina etməyi düşündüyünü qeyd edib.

Tramp çıxışı zamanı Sakit okeanın “Amerika okeanı” adlandırılması ehtimalı ilə də zarafat edib.

O, belə bir qərara Avropanın, xüsusilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin necə reaksiya verəcəyini istehzalı şəkildə şərh edib.

ABŞ Donald Tramp Atlantik okeanı Google Sundar Piçai Sakit okean Ursula fon der Lyayen Cənubi Karolina

Mənbə: apa.az

Xəbər Lenti