Şənbə, 17 Yanvar, 2026
Tarix: 06 Jul 2024 15:11
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Quba rayonu, İkinci Nügədi kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.