Cümə, 23 Oktyabr, 2026
Tarix: 23 Oct 2026 09:47
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun yerli xərclərinin qarşılanması üçün dotasiya ayrılması nəzərdə tutulmur.
"APA-Economics" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin şəhər və rayonların hamısının yerli xərclərini öz gəlirləri hesabına ödəyəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat nəzərdə tutulur.
Rahim Tarıverdiyev büdcə rayon şəhər dotasiyaMənbə: apa.az