Putin Hindistanın baş naziri ilə görüşəcək

Tarix: 08.07.2024 01:31

Rusiya prezidenti Vladimir Putin Moskvada Rusiya Federasiyasına rəsmi səfərə gələn Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.

APA TASS-a istinadən xəbər verir ki, Hindistanın baş nazirinin səfərinin iki gün; 8-9 iyul tarixində baş tutması planlaşdırılır.

Kremldən verilən yazılı açıqlamada səfər əsnasında ​hər iki ölkə liderinin ölkələrinin gələcək inkişafını, ənənəvi dost Rusiya-Hindistan münasibətlərini müzakirə etməyi planlaşdırdıqları bildirilir.

Rusiyaya səfər, son parlament seçkilərindən sonra ardıcıl üçüncü dəfə Hindistanın baş naziri olmuş Modinin ilk xarici səfəri olacaq.

Xəbər Lenti