- , 29 Dekabr, 2024
Tarix: 08.07.2024 19:15
Bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yekunlaşmaqdadır.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyev iyulun 8-də komitənin beşinci iclasında bildirib.
Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə dövlətlərlə yanaşı, qeyri-hökumət təşkilatları, beyin mərkəzləri ilə də əməkdaşlığa açıq olmasına toxunan Samir Nuriyev vurğulayıb ki, bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər yekunlaşmaqdadır.