Şənbə, 17 Yanvar, 2026
Tarix: 09 Jul 2024 00:08
Hacıqabul sakini inyeksiyadan şoka düşərək dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1969-cu il təvəllüdlü Rəhimova İlhamə Seyran qızına Hacıqabul rayon xəstəxanasında antibiotik inyeksiya edilib.
Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.