- , 29 Dekabr, 2024
Tarix: 09.07.2024 12:08
Ötən ildən etibarən paytaxtın Binəqədi, Nərimanov, Nizami və Səbail rayonlarında, eləcə də Mingəçevir, Gəncə, Bərdə, 2024-cü ilin yanvarından isə Yevlax, Tərtər, Ağcabədi və Bakının Yasamal, Nizami, Xətai və Sabunçu rayonlarında qidalanma ilə bağlı pilot layihə icra edilir.
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, layihəyə əsasən isti yeməklər katerinq şirkətləri tərəfindən çatdırılır:
"Müəyyən müəssisələrdə isə bağçaların özlərində hazırlanır".