Şənbə, 17 Yanvar, 2026
Tarix: 09 Jul 2024 21:18
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daşbulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobilli yolu keçmək istəyən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi vurub.
Azyaşlı xəstəxanaya aparılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 2 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.