Çərşənbə axşamı, 27 Oktyabr, 2026
Tarix: 27 Oct 2026 11:22
Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış olduğu bildirilir. Nəticədə o, yanıq xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu Qazax hadisə xəsarət
Mənbə: apa.az