Azərbaycanda bank sektorunun aktivləri 13%-dən çox artıb

Azərbaycanda bank sektorunun aktivləri 13%-dən çox artıb

Tarix: 27 Oct 2026 11:19

Bu il oktyabrın 1-i tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 63 milyard 621.7 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% çoxdur.

Həmin dövrə bankların cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı 7 milyard 838.7 milyon manat olub.

Sentyabr ayında bankların cəmi aktivləri 1,8%, cəmi öhdəlikləri 1,9%, balans kapitalı isə 1.1% artıb. Hesabat ayında bankların kredit portfeli isə 2,6% və ya 860.5 milyon manat artaraq 33 milyard 684.7 milyon manat olub.

İlahə Səlimova Bank sektoru aktivlər

Mənbə: apa.az

Xəbər Lenti