Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub

Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub

Tarix: 30 Oct 2026 11:01

Ötən gecə Moskva istiqamətində 862 PUA vurulub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, dronların əksəriyyəti uzaq məsafələrdə, 170-i isə Moskvaya yaxınlaşarkən məhv edilib.

Ukraynanın Moskvaya PUA hücumu son iki ildə ən böyük hücumlardan biri olub.

Kütləvi PUA hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edib. Nəticədə 357 reys gecikib, 130 reys ləğv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Hava Hücumundan Müdafiə sistemləri ötən gecə ərzində Rusiya regionları üzərində 1043 Ukrayna PUA-sını vurub.

Fərid Əkbərov #Moskva #PUA #dron

Mənbə: apa.az

Xəbər Lenti