Avstraliya Ukraynaya hərbi yardımın həcmini açıqlayıb

Tarix: 12 Jul 2024 11:12

Avstraliya Ukraynaya 250 milyon dollar həcmində hərbi yardım göstərməyi planlaşdırır.

APA-nın “ABC News”a istinadən xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Riçarld Marlz açıqlama verib.

O bildirib ki, sözügedən paket özündə hava hücumundan müdafiə sistemləri və idarəolunan raket kompleksləri, eləcə də digər xarakterli silah-sursatın və şəxsi heyət üçün ayaqqabıların Ukraynaya tədarükünü ehtiva edir.

R. Marlz onu da əlavə edib ki, ölkəsi bundan sonra da Ukraynanın hərbi təchizatını davam etdirəcək.

Xəbər Lenti