- Şənbə, 28 Dekabr, 2024
Tarix: 12.07.2024 20:39
Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına yerləşdirilən 12 nəfərdən 10 nəfər ambulator müalicə üçün evə buraxılıb.
APA xəbər verri kiŞ hazırda 1 nəfərin (kişi cinsli) müalicəsi Neyrocərrahiyyə (vəziyyəti ağır olmaqla), digər 1 nəfərin (vəziyyəti orta ağır olmaqla) müalicəsi isə Təcili yardım şöbəsində davam etdirilir.
*** 18:50 Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iyulun 12-si saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.
Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
17:38
Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.