Şənbə, 17 Yanvar, 2026
Tarix: 13 Jul 2024 16:41
Cəlilabadda 2300 abonent qazsız qalıb, buna səbəb qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi olub.
APA - nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonu "Günəşli" qaz paylayıcı stansiyadan qidalanan Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini qidalandıran diametri 200-mmlik yeraltı qaz kəməri internet xətlərini çəkən podratçı şirkət tərəfindən qazıntı aparılarkən zədələnib. Nəticədə 2300 abonetin qaz təchizatı dayanıb.
Qəzanı aradan qaldırmaq üçün işlər görülür.