Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Tarix: 03 Nov 2026 20:47

Qrenlandiya parlamenti ABŞ, Danimarka və Qrenlandiya arasında imzalanmış üçtərəfli təhlükəsizlik sazişini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə saziş ABŞ-ın Qrenlandiyadakı hərbi mövcudluğunun genişləndirilməsinə, o cümlədən adada iki yeni hərbi baza yaradılmasına imkan verir.

Sənəd eyni zamanda Danimarkanın suverenliyini və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququnu tanıyır.

Sazişin qüvvəyə minməsi üçün Danimarka parlamentinin də təsdiqi tələb olunur.

Qrenlandiya ABŞ Danimarka

Mənbə: apa.az

Xəbər Lenti