Bazar, 15 Noyabr, 2026
Tarix: 08 Nov 2026 12:13
Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir.
APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti bu təməl üzərində qurulub.
“Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik”, - Prezident İlham Əliyev qeyd edib.
Mənbə: apa.az