Bazar, 15 Noyabr, 2026
Tarix: 08 Nov 2026 12:08
Bu gün biz azad Qarabağda qurub-yaradırıq.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq”.
Mənbə: apa.az