Cümə axşamı, 12 Noyabr, 2026
Tarix: 11 Nov 2026 17:42
Bu ilin oktyabr ayında Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 447 min barel səviyyəsində olub ki, bu da aylıq müqayisədə 4 min barel azalma deməkdir.
"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının aylıq hesabatına istinadən verdiyi məlumata görə, sentyabr ayında qeyd olunan göstərici 451 min barel səviyyəsində olub.
Məlumata əsasən, ilin birinci rübündə Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 454 min barel, ikinci rübündə 456 min barel, üçüncü rübündə isə 450 min barel təşkil edib. Beləliklə, ilin üçüncü rübündə qeyd olunan göstərici 6 min barel azalıb.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Xatırladaq ki, Azərbaycan “OPEC+” razılaşmasının iştirakçısıdır. “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 104 min barel geri qalıb.
Emil İsmayılov OPEC OPEC+ Azərbaycan neft hasilatıMənbə: apa.az