Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Tarix: 13 Nov 2026 18:37

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistralında, rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü olan rayon sakini, 2005-ci il təvəllüdlü E. Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Biləsuvar yol qəzası

Mənbə: apa.az

Xəbər Lenti