Məktəbi su basdı, zərərini sığorta şirkəti ödədi

Məktəbi su basdı, zərərini sığorta şirkəti ödədi

Tarix: 19 Nov 2026 13:47

Yaşayış ərazisindən keçən su xəttində yaranmış nasazlıq məktəbin zirzəmisinin su altında qalmasına səbəb olub. Hadisə nəticəsində daşınmaz əmlaka dəyən 56 480 manatlıq zərər “PAŞA Sığorta” tərəfindən qarşılanıb.

Suyun məktəbin zirzəmisinə dolması orada yerləşən əmlaka ziyan vurub. Belə texniki nasazlıqlar əvvəlcədən proqnozlaşdırılması çətin olan və əmlak sahibləri üçün gözlənilməz xərclər yaradan risklər sırasındadır.

Bu hadisə əmlakın müxtəlif səbəblərdən zərər görə biləcəyini bir daha göstərir. Əmlak sığortası isə gözlənilməz xərclərin qarşılanmasına dəstək olur.

APA-Economics PAŞA Sığorta
Məktəbi su basdı, zərərini sığorta şirkəti ödədi

Mənbə: apa.az

Xəbər Lenti