Politico: Tramp Ukraynaya milyardlarla dollarlıq əlavə hərbi yardıma etiraz edib

Politico: Tramp Ukraynaya milyardlarla dollarlıq əlavə hərbi yardıma etiraz edib

Tarix: 19 Nov 2026 22:09

ABŞ Prezidenti Donald Tramp “İstəklilər koalisiyası”na üzv ölkələrin Ukraynaya əlavə milyardlarla dollar yardım ayırması məsələsinə skeptik yanaşıb.

“Politico” nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Amerika lideri Berlində keçirilən koalisiya iclasına telefon vasitəsilə qoşulub.

Bildirilir ki, Tramp görüş zamanı Ukraynaya əlavə hərbi dəstək üçün böyük məbləğdə vəsait ayrılması ilə bağlı narazılığını ifadə edib.

Nəşr Amerika Prezidentinin mövqeyinin koalisiya üzvlərinin gələcək yardım planlarına necə təsir göstərə biləcəyi barədə əlavə məlumat açıqlamayıb.

ABŞ Donald Tramp Ukrayna Politico hərbi yardım İstəklilər koalisiyası Berlin Avropa Rusiya

Mənbə: apa.az

Xəbər Lenti