Şənbə, 28 Noyabr, 2026
Tarix: 27 Nov 2026 21:14
ABŞ ordusu noyabrın 26-da Oman körfəzində ABŞ-ın dəniz blokadasını yarmağa cəhd edən kommersiya gəmisini hərəkətsiz vəziyyətə salıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
CENTCOM-un məlumatına görə, gəmi Bəndər-Abbas limanından çıxdıqdan sonra heyətə dəfələrlə xəbərdarlıq edilsə də, blokadanı yarmağa cəhd göstərib.
Bundan sonra ABŞ hərbi təyyarəsi gəminin arxa hissəsinə dəqiq zərbələr endirib. Nəticədə Palau bayrağı altında üzən “M/V Pacific Archer” gəmisinin hərəkət sistemi sıradan çıxarılıb.
Bildirilib ki, hadisə zamanı gəminin mülki heyət üzvləri xəsarət almayıb.
ABŞ İran gəmiMənbə: apa.az