- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 13.12.2023 01:56
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin VI turu start götürüb.
Apasport.az xəbər verir ki, baş tutan 8 oyunla A, B, C və D qruplarında mübarizəyə yekun vurulub.
Türkiyə təmsilçisi “Qalatasaray”ın da taleyinə aydınlıq gəlib. Belə ki, İstanbul klubu Danimarkada “Kopenhagen"in qonağı olub. İstənilən xal itkisində Çempionlar Liqası ilə vidalaşacaq olan türkiyəlilər matçdan məğlub ayrılıb: 1:0.
Paralel keçirilən oyunda "Mançester Yunayted" "Bavariya"ya məğlub olub (0:1). Beləliklə, qrupu 3-cü yerdə başa vuran "cimbom" yoluna Avropa Liqasında davam edəcək.
Qeyd edək ki, qrup mərhələsinə dekabrın 13-də keçiriləcək 8 matçla yekun vurulacaq.
Çempionlar Liqası, qrup mərhələsi VI tur, 12 dekabr
A qrupu 00:00. “Mançester Yunayted”– “Bavariya” 0:1 00:00. “Kopenhagen” – “Qalatasaray” 1:0 Xal durumu: “Bavariya” – 16, “Kopenhagen” – 8, “Qalatasaray” – 5, “Mançester Yunayted” - 4
B qrupu 21:45. “Lans” – “Sevilya” 2:1 21:45. PSV – “Arsenal” 1:1 Xal durumu: “Arsenal” – 13, PSV – 9, “Lans” – 8, “Sevilya” - 2
C qrupu 00:00. “Union” – “Real” 2:3 00:00. “Napoli” – “Braqa” 2:0 Xal durumu: “Real” – 18, “Napoli” – 10, “Braqa” – 4, “Union” - 2
D qrupu 00:00. “Zalsburq” – “Benfika” 1:3 00:00. “İnter” – “Real Sosyedad” 0:0 Xal durumu: “Real Sosyedad” – 12, “İnter” – 12, “Zalsburq” – 4, “Benfika” - 4