İsveç klubunun baş məqçisi: "Azərbaycan futbolu inkişaf edib"

Tarix: 13.12.2023 19:23

"Qarabağ" yaxşı xarakterli komandadır, yaxşı performans göstərib. Bunu qrup oyunlarında gördük".

Apasport.az xəbər verir ki, bu sözləri İsveçin "Hakken" klubunun baş məşqçisi Per-Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionunda öyunöncəsi mətbuat konfransında deyib.

O, sabahkı matçda qrupda 5 oyunluq məğlubiyyət seriyasına son qoymağa iddialı olduqlarını söyləyib: "Oyunu səbirsizliklə gözləyirik, motivasiyalıyıq. Çünki qrupda ilk xallarımızı qazanmaq istəyirik"

-Məlumdur ki, İsveçdə mövsüm bir aydır bitib. Maraqlıdır, bu, "Hakken"ə Bakıdakı görüşdə problem yaratmayacaq?

- "Bayer"lə ilk matçdan sonra 20 oyun keçirdik. İlk belə mövsümümüzdür, öyrənmə prosesindəyik. Məşqlərimizi davam edirik. Yaxşı şəkildə çıxış edəcəyimizə ümid edirik".

Norveçli mütəxəssis bu qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq".

O, Azərbaycan təmsilçisinin çox yaxşı oyunçularının olduğunu vurğulayıb: "Qarabağ"a qarşı evdə yaxşı performans göstərdik, amma nəticə qazana bilmədik. Halbuki, buna nail ola bilərdik. İstənilən halda, sabahkı oyuna motivasiya ilə çıxacağıq. Komandamızda hər şey yaxşıdır".

Baş məşqçi paytaxtımızdakı hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib: "Əsl İsveç havasıdır - yağışlı, küləkli. Buna öyrəşmişik. Bakıya üçüncü gəlişimdi. Həm klub, həm də eyni zamanda milli səviyyədə Azərbaycan futbolunun hər dəfə inkişaf etdiyini görürəm və buna heyrətlənirəm".

Təcrübəli mütəxəssis qrupda 2-ci yer uğrunda mübarizə aparan "Qarabağ"la Norveç "Molde"sinin şanslarını belə dəyərləndirib: "Oxşar komandalardır. Çünki hər ikisinin avrokuboklar təcrübəsi var. Kim növbəti mərhələyə keçərsə, fikrimcə, orda rəqabət aparacaq səviyyədədir".

Xəbər Lenti