- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 15.12.2023 00:42
Türkiyənin “Fənərbağça” komandası UEFA Konfrans Liqasında səkkizdəbir finala yüksəlib.
APA xəbər verir ki, İstanbul təmsilçisi buna qrup mərhələsinin son turunda Slovakiyanın “Spartak” (Trnava) klubunu darmadağın etməklə nail olub.
İsmayıl Kartalın başçılıq etdiyi komanda doğma meydanda rəqibinə 4 cavabsız qolla qalib gəlib. Qolları 36-cı dəqiqədə Fərdi Kadıoğlu, 48-ci dəqiqədə Dominik Takaç (avtoqol), 60-CI və 61-ci dəqiqələrdə isə Edin Ceko vurublar.
“Fənərbağça” bu qələbə ilə xallarını 12-yə çatdırıb və qrup ikincisi kimi pley-offa adlayıb. Bolqarıstanda Danimarkanın “Norşelland” komandasını üstələyən “Ludoqorets” isə qrup qalibi olub.