- , 22 Dekabr, 2024
Tarix: 17.08.2024 15:57
Şəmkir sakinini evində ehtiyyatsızlıqdan elektrik cəryanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Keçili kəndində qeydə alınıb.
Kənd sakini 53 yaşlı D.Məmmədov yaşadığı evdə ehtiyyatsızlıqdan elektrik naqilinə toxunub. Bu zamanı onu cərəyan vurub. 53 yaşlı kişi xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.