Cümə, 16 Yanvar, 2026
Tarix: 18 Aug 2024 08:49
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.
Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.
Qəza zamanı 4 nəfər - Saatlı rayon sakinləri 2006-cı il təvəllüdlü Aygün Cəfərova, 2000-ci il təvəlllüdlü Könül Məmmədova,1980-ci il təvəllüdlü Səkinə Yaqubova və 1965-ci il təvəllüdlü Səlvinaz Müsrəddinova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Məlumata görə, qəzaya düşən şəxslər yaxınlarının andiçmə mərasiminə gedirləşmiş. Faktla bağlı araşdırma aparılır.