Çərşənbə axşamı, 22 Sentyabr, 2026
Tarix: 18 Aug 2024 10:19
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan obyektin (sauna kimi fəaliyyət göstərir) dəhlizin taxta örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: apa.az